Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə  hansı məsuliyyətə səbəb olur? -

Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

28 Aprel 2025

Sual: Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsində hansı məsuliyyətə səbəb olur?

Cavab: On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs tərəfindən törədildikdə isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı:  Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas - Nurlan Əhmədli