
Ekosid dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ekosid dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 104-1-ci maddəsinə əsasən:
Bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olması və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratması başa düşülür.
Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə