Naxçıvanda qida zəhərlənməsi ilə bağlı 138 fakt təsdiqlənib, 1 nəfər ölüb

Naxçıvanda qida zəhərlənməsi ilə bağlı 138 fakt təsdiqlənib, 1 nəfər ölüb

28 Fevral 2025

Qida zəhərlənməsi ilə bağlı daxil olan 144 müraciət üzrə aparılan araşdırmalar zamanı 138 fakt təsdiqini tapıb. Nəticədə 171 nəfər müxtəlif dərəcədə zərər çəkib, 1 nəfər isə dünyasını dəyişib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən görülmüş işlərin icra vəziyyəti, tətbiq edilən yeniliklər və əldə edilən nəticələr, eləcədə qarşıdakı hədəflərə dair mətbuat konfransında jurnalistlərə açıqlamasında Agentliyin sədri Səfəralı Nəsirov deyib.

O qeyd edib ki, qida təhlükəsizliyi ilə bağlı qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib. Bundan əlavə, qida və yem məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı və digər proseslərlə bağlı tikinti və yenidənqurma layihələri üzrə 7 müraciətə baxılıb və müvafiq rəy verilib