İsrailin xarici işlər naziri: "İranın Şimali Koreyaya çevrilməsinə imkan verməyəcəyik"

İsrailin xarici işlər naziri: "İranın Şimali Koreyaya çevrilməsinə imkan verməyəcəyik"

07 İyun 2023

"İranın Şimali Koreyaya çevrilməsinə imkan verməyəcəyik".

NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen Seulda Cənubi Koreyanın xarici işlər naziri Park Çin ilə görüşdə deyib.

“Cənubi Koreya nüvə təhlükəsi ilə üz-üzədir və onlar da bizim kimi İranın qlobal sülh və sabitlik üçün təhlükə yarada biləcəyini anlayırlar”, - Koen bildirib.

O, Cənubi Koreyadan olan həmkarı ilə İranın nüvə proqramının tənzimlənməsi yollarını müzakirə etdiyini vurğulayıb.