Həsən Seyidov Iğdır valisi ilə görüşüb - FOTO
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Həsən Seyidov 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə keçiriləcək konsertdə iştirak üçün Türkiyənin İğdır şəhərinə səfər edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfər zamanı Həsən Seyidov Iğdır valisi Ercan Turan ilə görüşüb, ikitərəfli mədəni əlaqələrlə bağlı müzakirələr edib.
Görüşdə həmçinin Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşı Gülçin Dünyamaliyev də iştirak edib.
Görüşün sonunda xatirə fotosu çəkilib.














